Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib

Bu barədə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevin  Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarla bağlı bəyanatında deyilir.

1879597
Türk Dövlətləri Təşkilatı  Azərbaycana başsağlığı verib

Türk Dövlətləri Təşkilatının baş katibi Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatını pisləyib.

Bu barədə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevin  Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarla bağlı bəyanatında deyilir.

Bağdad Amreyev bununla bağlı ciddi narahatlığını ifadə edir, eləcə də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədi boyunca hərbi təxribatını pisləyir.

Türk Dövlətləri Təşkilatının baş katibi beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini bir daha təsdiqləyib, Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin vacibliyini xatırladır.

TDT Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha bəyan edir və Ermənistanı iki qonşu ölkə arasında əldə olunan davam edən razılaşmalara əməl etməyə çağırır.

Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev həlak olanların ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.



Әlaqәli Xәbәrlәr