“Laçına qayıtdıq, bütün laçınlıları və Azərbaycan xalqını təbrik edirəm”, İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Laçın şəhərinin, Zabuh və Sus kəndlərinin Azərbaycanın nəzarətində olduğunu bəyan edib

1872660
“Laçına qayıtdıq, bütün laçınlıları və Azərbaycan xalqını təbrik edirəm”, İ.Əliyev

 

  Azərbaycan prezidenti İlham Əliyev Laçın şəhərinin, Zabuh və Sus kəndlərinin Azərbaycanın nəzarətində olduğunu bəyan edib.

  Ali baş komandan “Twitter” hesabından paylaşıb: "Bu gün, avqustun 26-da biz - Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabuh və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlər təbrik edirəm. Yaşasın Laçın, Yaşasın Azərbaycan!”

  Xatırladaq ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannaməyə əsasən, müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altına verilən Laçın şəhəri və Zabuhla Sus kəndlərinin yerləşdiyi olan Laçın dəhlizindən həm Rusiya qoşunları, həm də ermənilər ayrılıb və bu rayon Azərbaycanın hakimiyyəti altına keçib.

  10 noyabr 2020-ci il tarixli bəyannaməyə əsasən, Azərbaycan 3 il ərzində Qarabağdakı erməni əhalisinin Ermənistana gedib-gələrkən istifadə edəcəyi Laçın şəhərinin hüdudlarından kənarda yeni bir yol çəkib. Azərbaycan bu 32 kilometrlik yolu nəzərdə tutulandan tez başa çatdırıb.

  Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər Ermənistana gedib-gəlmək üçün artıq yeni yoldan istifadə edəcəklər. Rusiya sülhməramlıları yeni yolun təhlükəsizliyində təminatçı olacaq.

  Xatırladaq ki, Laçın və kəndləri 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib, sonrakı illərdə burada Suriya və Livandan muzdlu ermənilər yerləşdirilib. Bütün bu proseslər boyu Azərbaycan bunu hərbi cinayət və Cenevrə Konvensiyalarının pozulması kimi qiymətləndirdiyini bəyan edib.



Әlaqәli Xәbәrlәr