İ.Əliyev, N.Paşinyan və Ş.Mişel 4-cü dəfə bir araya gələcək

Xatırladaq ki, Əliyev və Paşinyan bundan əvvəl Mişelin vasitəçiliyi ilə 2020-ci il dekabrın 14-də, martın 30-da və mayın 22-də Brüsseldə görüş keçiriblər

1872364
İ.Əliyev, N.Paşinyan və Ş.Mişel 4-cü dəfə bir araya gələcək

 

  Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel (Charles Michel) ilə üçtərəfli görüş keçirəcəklər.

  İ.Əliyev, N.Paşinyan və Ş.Mişel avqustun 31-də Brüsseldə görüşəcəklər.

  Xatırladaq ki, Əliyev və Paşinyan bundan əvvəl Mişelin vasitəçiliyi ilə 2020-ci il dekabrın 14-də, martın 30-da və mayın 22-də Brüsseldə görüş keçiriblər.

  Əliyev-Paşinyan görüşündən bir gün əvvəl baş nazirin müavinlərinin rəhbərlik etdiyi sərhədin demarkasiyası komissiyaları yenidən görüşəcək.

  Avqustun 30-da Rusiyanın paytaxtı Moskvada Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi komissiyaların iclası keçiriləcək.



Әlaqәli Xәbәrlәr