Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda səfərdədir

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Bakıda rəsmi qarşılanma mərasimi olub.

1871644
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda səfərdədir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha sonra Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Bakıda rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib.

Daha sonra isə dövlət başçıları rəsmi foto çəkdiriblər.

Tokayevin səfəri çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.



Әlaqәli Xәbәrlәr