Azərbaycan prezidenti Türkiyəyə başsağlığı verdi

Azərbaycan dövlət başçısı məktubunda Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə bağlı kədərləndiyini bildirib

1870402
Azərbaycan prezidenti Türkiyəyə başsağlığı verdi

 

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyədə baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

  Azərbaycan dövlət başçısı məktubunda Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə bağlı kədərləndiyini bildirib.

  Prezident İlham Əliyev bu ağır faciə ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

 



Әlaqәli Xәbәrlәr