Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəlib.

1865626
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında qardaş ölkənin dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşüblər.

"Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb, onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.

Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda özlərini təsdiqləyiblər. Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Bizim qələbələrimiz olimpiya, dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib", - Prezident İlham Əliyev idmançılarla görüşdə deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konyada Şimali Kıbrıs (Kipr) Türk Respublikasının Prezidenti Ersin Tatarı və Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi qəbul edib. 

 

 



Әlaqәli Xәbәrlәr