Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Toplantısı

Görüşlərdə adı çəkilən bu üç ölkənin parlamentlərarası əlaqələrinin bu günü və gələcək inkişaf perspektivləri, çoxtərəfli formatda əməkdaşlığın daha da dərinləşdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq

1857177
Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Toplantısı

 

  İyulun 20-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Toplantısında iştirak edəcək.

  Azərbaycan nümayəndə heyətinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, deputatlardan Elnur Allahverdiyev, Anar Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

  Sahibə Qafarovanın sədri iyulun 21-də Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Toplantısında müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

  Səfər çərçivəsində keçiriləcək ikitərəfli görüşlərdə adı çəkilən bu üç ölkənin parlamentlərarası əlaqələrinin bu günü və gələcək inkişaf perspektivləri, çoxtərəfli formatda əməkdaşlığın daha da dərinləşdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

  Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Toplantısı iyulun 22-də başa çatacaq.



Әlaqәli Xәbәrlәr