Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Kıbrıs Rum tərəfinə reaksiya verib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Kıbrıs Rum tərəfinin söz haqqı olmasa da KKTC ilə Türkiyə arasındakı münasibətlərə dair Kıbrıs türk xalqı adından danışaraq laqeyd mövqe ortaya qoyduğunu bildirib.

1839759
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Kıbrıs Rum tərəfinə reaksiya verib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Kıbrıs Rum tərəfinin söz haqqı olmasa da KKTC ilə Türkiyə arasındakı münasibətlərə dair Kıbrıs türk xalqı adından danışaraq laqeyd mövqe ortaya qoyduğunu bildirib. 

KKTC Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Rum tərəfi və İsrailin təşkil etdiyi “Agapinor 2022” hərbi təlimi ilə bağlı fikirlərin ictimaiyyətlə paylaşıldığı xatırladılaraq, bundan sonra KKTC Xarici İşlər Nazirliyinin açıqlamasının Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən də dəstəkləndiyi qeyd olunub. 

Açıqlamada "Kıbrıs Rum Xarici İşlər Nazirliyi tərəfindən mövzuya dair verilən bəyanat və Türkiyəni hədəf alan yazılı mətbuat bəyanatında həddindən artıq ifadələr yer alıb. Kıbrıs Rum tərəfinin Kıbrıs Türk xalqı adından danışmaq hüququ olmasa da, dövlətimizlə Türkiyə arasındakı münasibətlərə dair Kıbrıs türk xalqı adından danışması laqeydlikdir. Kıbrıs Rum tərəfinin bəyanatı ana vətən Türkiyə ilə ŞKTC arasındakı sarsılmaz münasibətləri poza bilməyəcəyinə dair köhnəlmiş bir anlayışa sahib olduğunu göstərir" ifadələri yer alıb. 

Açıqlamada sərhəd boyu yüzlərlə ağır silah mövqelərinin yerləşdirilməsi Kıbrıs Rum Pravoslav Kilsəsinin keşişlərinə silah təlimi verilməsi, radar sisteminin təmin edilməsi, bir çox ölkə ilə hərbi təlimlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlıq müqavilələrinin imzalanması və Kıbrıs türk xalqının hüquqlarını pozan tək tərəfli fəaliyyətlər məşğul olmaq kimi addımların Kıbrıs Rum tərəfinin “səmimisizliyini” ortaya çıxardığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr