Bakıda səfərdə olan TBMM sədri azərbaycanlı həmkarı ilə görüşdü

Mayın 16-da Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu ölkənin Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb

1828006
Bakıda səfərdə olan TBMM sədri azərbaycanlı həmkarı ilə görüşdü
mustafa sentop baku.jpg

İqtisadi Əməkldaşlıq Təşkilatı Parlament Assambleyasının iclası ilə bağlı Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün Fəxri xiyabanda Ümumimlli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Daha sonra Mustafa Şentop Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib. Türkiyə parlamentinin sədri bildirib ki, Türk millətinin igid övladları 104 il əvvəl bu torpaqları öz Vətənləri kimi qorumaq üçün azərbaycanlı qardaşlarımızla birlikdə çiyin-çiyinə şəhidlik məqamına ucalıblar:

“İstiqlal və hürriyət uğrunda canınızı fəda etdiniz. Qanlarınızla suvardığınız bu torpaqlarda yetişən gənc fidanlar bu gün yeni iradə və mənəviyyatla bu gün Sizlərin əlində yüksələn bpyrağı daha da ucalığa çaldırmağa çalışırlar. Sizin şəxsiniz uzun illər sonra 44 günlük Vətən müharibəsində ölkələrini işğaldan azad etməkdə Azərbaycan əsgərlərinə də işıq tutdu, əzm və güc verdi. Biz də Sizlərin mirasını ürəyində yaşadan qüdrətli Türk millətinin təmsilçiləri olaraq müqəddəs əmanətinizə sahib çıxmaq üçün buradayıq. Ortaq tarix, şüur və qardaşlıq uğrunda bu diyarlara qəbirlərinizlə basdığınız möhür dami qalacaq. Əziz xətriniz keçmişdə olduğu kimi gələcəkdə də nəsillərimizə yol göstərəcək”.

Mustafa Şentoq mayın 16-da isə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Görüşdə Sahibə Qafarova  Azərbaycanla Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Parlamentin sədri bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakını xatırlayaraq, iki qardaş ölkənin liderlərinin növbəti dəfə bir araya gəlməsini yüksək dəyərləndirib. O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər günbəgün inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğurlar ölkələrimizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına xidmət edir.

Spiker Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.

Milli Məclisin sədri konfransa hazırlıq işləri barədə danışaraq, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə keçirdiyi görüşlərdən bəhs edib. O qeyd edib ki, konfransda təşkilata sədrlik Pakistandan Azərbaycana keçəcək. Azərbaycan təşkilatın sədri kimi qurumun nüfuzunun daha da artması, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün səylərini əsirgəməyəcək.

Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən böyük bərpa və quruculuq işləri haqqında məlumat verərək, çox qısa müddətdə həmin ərazilərdə nəhəng infrastruktur layihələrinin reallaşdırıldığını, yeni yollar salındığını, yüksək standartlara cavab verən Füzuli Hava Limanının istifadəyə verildiyini qeyd edib.  Spiker Türkiyənin Azərbaycana hər zaman göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Səmimi görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycana növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək və burada müzakirə olunacaq məsələlərə fəal şəkildə qatılmaqdır.

Bununla yanaşı, konfransda müzakirə olunacaq məsələlərin quruma üzv dövlətlər üçün əhəmiyyətindən bəhs edən Mustafa Şentop burada keçiriləcək görüşlərin də əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətli olacağını bildirib. O qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi, deputatların mütəmadi görüşləri qurum qarşısında duran vəzifələrin həlli, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir.

Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərini xatırladaraq, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri olmayan münasibətlər olduğunu və bu münasibətlərin həqiqətən “bir millət, iki dövlət” xarakteri daşıdığını deyib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr