‘‘Anka’’ PUA-sı Qazaxıstanda da istehsal edilәcәk

Qazaxıstana ixrac edilən Türkiyәnin milli pilotsuz uçuş aparatı ‘‘Anka’’ bu ölkədə də istehsal edilәcәk.

1825185
‘‘Anka’’ PUA-sı Qazaxıstanda da istehsal edilәcәk

Qazaxıstana ixrac edilən Türkiyәnin milli pilotsuz uçuş aparatı ‘‘Anka’’ bu ölkədə də istehsal edilәcәk.

Türkiyәnin ‘‘TUSAŞ’’ şirkәti tәrәfindәn verilәn bәyanata әsasәn, şirkәt Qazaxıstanın ‘‘Engineering’’ şirkәti ilә  әmәkdaşlığa dair müqavilә imzalayıb.

‘‘TUSAŞ’’ ilә ‘‘Engineering’’ şirkәtlәri arasında imzalanan anlaşma memorandumu ilə ‘‘Anka’’ pilotsuz uçuş aparatları Qazaxıstanda birgə istehsal ediləcək. Texniki xidmət və təmir prosesləri də daxil olmaqla texnologiyanın ötürülməsi məsələləri üzrə əməkdaşlıq ediləcək.

Beləliklə, Qazaxıstan ‘‘Anka’’nın Türkiyədən kənarda ilk istehsal bazası olacaq.



Әlaqәli Xәbәrlәr