Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (2 may 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1821462
Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (2 may 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 782 min 786 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 84 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1663, bu günə qədər isə ümumilikdə 6 milyon 819 min 005 test icra olunub.

  Mayın 2-də Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 1 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 0, ikinci doza vaksinlərin sayı 0, üç və daha çox doza vaksinlərin sayı 1, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 0-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 653 min 670, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 340 min 336, ikinci mərhələ üzrə 4 milyon 840 min 600, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 232 min 352, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 382-dir.



Әlaqәli Xәbәrlәr