Azərbaycana giriş üçün PCR testi təqdim etmək tələbi ləğv olunub

Azərbaycana giriş üçün "Covid-19"-a dair PCR testi təqdim etmək tələbi ləğv olunub.

1812341
Azərbaycana giriş üçün PCR testi təqdim etmək tələbi ləğv olunub

Azərbaycana giriş üçün "Covid-19"-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

Bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

Qərara əsasən, sabahdan etibarən Azərbaycan Respublikasına giriş üçün "Covid-19"-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir.

Həmçinin ölkədaxili uçuşlar zamanı PCR test tələb edilməyəcək.

Bundan başqa, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də "Covid-19"-a dair PCR test tələb edilməyəcək.



Әlaqәli Xәbәrlәr