Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 aprel 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1810634
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 aprel 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 16 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 782 min 351 nəfər müalicə olunaraq sağalıb, 9 mın 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 199 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 624, bu günə qədər isə ümumilikdə 6 milyon 746 min 85 test icra olunub.

  Aprelin 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 doza vaksin vurulub. Üç və daha çox doza vaksinlərin sayı 1-dir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 549 min 308, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 330 min 997, ikinci mərhələ üzrə 4 milyon 832 min 867, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 151 min 708, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 233 min 736-dır.



Әlaqәli Xәbәrlәr