Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 aprel 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1807680
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 aprel 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 36 yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 792 min 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 782 min 84 nəfər müalicə olunaraq sağalıb, 9 mın 700 nəfər vəfat edib. Aktiv xəstə sayı 319 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 867, bu günə qədər isə ümumilikdə 6 milyon 721 min 330 test icra olunub.

  Aprelin 5-də Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 12 min 54 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 844, ikinci doza vaksinlərin sayı - 1 min 259, üç və daha çox doza vaksinlərin sayı – 9 min 297, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 654-dür.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 503 min 634, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 328 min 19, ikinci mərhələ üzrə 4 milyon 829 min 162, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 115 min 333, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 231 min 120-dir.



Әlaqәli Xәbәrlәr