Meksika parlamentində Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradıldı

Meksika Deputatlar Palatasında Konqresin 65-ci çağırış üzvlərindən ibarət Meksika - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun inauqurasiyası mərasimi keçirilib

1796881
Meksika parlamentində Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradıldı
Meksika parlamentində Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu_03.jpg
Meksika parlamentində Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu_02.jpg

 

  Meksika Deputatlar Palatasında Konqresin 65-ci çağırış üzvlərindən ibarət Meksika - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun inauqurasiyası mərasimi keçirilib.

  Azərbaycanın Meksikadakı Səfirliyindən Azərtac informasiya agentliyinə bildiriblər ki, mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim “Morena” partiyasının təmsilçisi və Azərbaycan - Meksika Dostluq Qrupunun sədri deputat Migel Anxel Peres Navarrete, Parlamentin Beynəlxalq Əlaqələr Komissiyasının sədri deputat Alfredo Femat Banyuelos, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov, digər deputatlar, Meksika Xarici İşlər Nazirliyi, QHT və KİV nümayəndələri iştirak ediblər.

  Tədbirdə çıxış edən deputat M.A.Peres Navarrete Meksika ilə Azərbaycan arasında daim dostluq münasibətlərinin mövcud olduğunu, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib. Azərbaycanı müasir və bərabər hüquqları təşviq edən böyük iqtisadi baxışa malik, bir çox ölkələr üçün nümunə ola biləcək bir ölkə adlandırıb. Tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verən deputat, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu qeyd edib. Dostluq qrupunun bu münasibətlərin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. O həmçinin, Azərbaycanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyulduğunu və nəticədə öz ərazi bütövlüyünü bərpa etdiyini xüsusi vurğulayaraq, hazırda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət sayəsində işğaldan azad edilmiş bölgədə intensiv minatəmizləmə və quruculuq işlərinin həyata keçirildiyini bildirib.

  Azərbaycanın Meksikadakı səfiri M.Talıbov da çıxış edərək parlamentlərarası qrupun yaradılmasının iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib.

  Meksika Konqresinin Azərbaycan üçün həssas məsələlərdə həmişə ədalətli mövqe nümayiş etdirdiyini söyləyən səfir münaqişə zamanı Meksika Konqresinin daim beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini söyləyib.

  Məmməd Talıbov konqres tərəfindən Azərbaycana qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsini xüsusilə vurğulayıb.

  Qrupun digər üzvləri də çıxış edərək coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkənin əlaqələrinin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildiriblər.

  Tədbirin sonunda Meksika - Azərbaycan dostluq qrupunun inaqurasiyasına dair protokol aktı imzalanıb.

  Mərasim konqresin rəsmi kanalında canlı yayımlanıb və yerli KİV-lərdə işıqlandırılıb.

 



Әlaqәli Xәbәrlәr