Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1796767
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 mart 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 115 yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər həyatını itirib. 

  İndiyədək ölkədə ümumilikdə 791 min 77 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 779 min 987 nəfər müalicə olunaraq sağalıb, 9 min 633 nəfər vəfat edib. Aktiv xəstə sayı 1457 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 337, bu günə qədər isə ümumilikdə 6 milyon 646 min 110 test icra olunub.

  Martın 16-da Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 17 min 574 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 868, ikinci doza vaksinlərin sayı - 1729, üç və daha çox doza vaksinlərin sayı – 14 min 72, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 905-dir.

  Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 303 min 938, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 316 min 267, ikinci mərhələ üzrə 4 milyon 807 min 323, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 959 min 219, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 221 min 129-dur.



Әlaqәli Xәbәrlәr