Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1793451
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 mart 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 270 yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər həyatını dəyişib.

  İndiyədək ölkədə ümumilikdə 790 min 153 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 min 960 nəfər müalicə olunaraq sağalıb, 9 mın 575 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 618 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 356, bu günə qədər isə ümumilikdə 6 milyon 617 min 758 test icra olunub.

  Martın 10-da Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 25 min 923 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1 min 352, ikinci doza vaksinlərin sayı - 2 min 436, üç və daha çox doza vaksinlərin sayı – 20 min 885, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1250-dir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 202 min 557, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 311 min 55, ikinci mərhələ üzrə 4 milyon 798 min 936, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 876 min 702, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 215 min 864-dür.



Әlaqәli Xәbәrlәr