Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1792706
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 mart 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 126 yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər həyatını dəyişib. 

  İndiyədək ölkədə ümumilikdə 789 min 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 777 min 396 nəfər müalicə olunaraq sağalıb, 9558 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 929 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 942, bu günə qədər isə ümumilikdə 6 milyon 611 min 402 test icra olunub.

  Martın 9-da Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 63 doza vaksin vurulub. Gün ərzində ikinci doza üzrə vurulan vaksinlərin sayı 26, üç və daha çox doza vaksinlərin sayı – 29, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 8-dir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 176 min 634, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 309 min 703, ikinci mərhələ üzrə 4 milyon 796 min 500, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 855 min 817, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 214 min 614-dür.



Әlaqәli Xәbәrlәr