Azərbaycanda "Covid-19"dan yoluxma və ölüm sayı (28 fevral 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1787150
Azərbaycanda "Covid-19"dan yoluxma və ölüm sayı (28 fevral 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 369 yoluxma faktı qeydə alınıb, 1090 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər həyatını dəyişib. 

  İndiyədək ölkədə ümumilikdə 785 min 670 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 765 min 373 nəfər müalicə olunaraq sağalıb, 9417 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 880 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3860, bu günə qədər isə ümumilikdə 6 milyon 554 min 964 test icra olunub.

  Fevralın 28-də Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 32 doza vaksin vurulub. Gün ərzində ikinci doza üzrə vurulan vaksinlərin sayı 32-dir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 982 min 387, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 298 min 628, ikinci mərhələ üzrə 4 milyon 784 min 882, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 694 min 562, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 204 min 315-dir.



Әlaqәli Xәbәrlәr