Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət istiqamətləri müzakirə olunub

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Eren Azərbaycanda səfərdədir.

1775950
Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət istiqamətləri müzakirə olunub

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri (DİDK) Fuad Muradov Bakıda səfərdə olan Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Erenlə görüşüb.

Komitənin məlumatına görə görüşdə F.Muradov diaspor təşkilatlarının fəaliyyəti barədə məlumat verib, iki qardaş ölkənin diasporlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.

DİDK ilə YTB arasında əməkdaşlıq, ortaq layihələr və birgə fəaliyyətin perspektivləri geniş müzakirə olunub.

A.Eren birgə layihələrin həyata keçirilməsi, şəhid övladlarının xaricdə təhsilinə maddi dəstəyin göstərilməsi və digər vacib məqamlara diqqət çəkib.

Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyət istiqamətləri, türk dövlətləri diasporlarının birgə forumlarının keçirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

YTB-nin xaricdə yaşayan azərbaycanlı gənclərin Türkiyədə təhsilə cəlb olunması və onların təhsil haqlarının ödənilməsini öz üzərinə götürə biləcəyi də diqqətə çatdırılıb.



Әlaqәli Xәbәrlәr