Beynəlxalq Türk Akademiyası ilə Türkiyə XİN arasında əməkdaşlıq məsələləri müzakirə edildi

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Xarici Təbliğat və Mədəni Əlaqələr İdarəsinin Baş direktoru Deniz Çakarla görüşüb

1770239
Beynəlxalq Türk Akademiyası ilə Türkiyə XİN arasında əməkdaşlıq məsələləri müzakirə edildi
Füzuli Məcid və Deniz Çakır_02.jpg

 

  Beynəlxalq Türk Akademiyası ilə Türkiyə XİN arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

  Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Xarici Təbliğat və Mədəni Əlaqələr İdarəsinin Baş direktoru Deniz Çakarla görüşüb.

  Görüşdə Türk Akademiyası və Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

  Füzuli Məcidli akademiyanın fəaliyyəti və gələcək planları haqqında məlumat verib. Öz növbəsində Türkiyə XİN rəsmisi Deniz Çakar Akademiyanın fəaliyyətinə bundan sonra da dəstəklərini davam etdirəcəklərini bildirib.

  Xatırladaq ki, bundan bir neçə gün Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Türkiyə milli təhsil nazirinin müavini Petek Aşkar ilə görüşmüşdü. Danışıqlar zamanı türk dünyasının elmi inteqrasiyasına yönəlmiş birgə layihələr, o cümlədən əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə olunmuş, xüsusilə, məktəblilər üçün ortaq tarix, ədəbiyyat və coğrafiya dərslikləri üzrə ekspert komissiyasının Türkiyədə keçiriləcək yekun iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdı.

  Qeyd edək ki, hazırda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi sədrlik edir.



Әlaqәli Xәbәrlәr