KTMT sülhməramlıları Qazaxıstanı tərk edib

Bu barədə Qazaxıstan Müdafiә Nazirliyinin Beynәlxalq Әmәkdaşlıq Departamentinin rәhbәri Oljas Hüseynov mәlumat verib.

1765200
KTMT sülhməramlıları Qazaxıstanı tərk edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanı tərk edib.

Bu barədə Qazaxıstan Müdafiә Nazirliyinin Beynәlxalq Әmәkdaşlıq Departamentinin rәhbәri Oljas Hüseynov mәlumat verib. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhmәramlılarının bu gün ölkәni tәrk etdiyini qeyd edib.

Oljas Hüseynov  Prezident Kasım-Jomart Tokayevin göstәrişi ilә Kollektiv Təhlükəsizlik Müqaviləsi Tәşkilatının sülhmәramlılarının yanvarın 13-dәn etibarәn mәrhәlәli şәkildә ölkәdәn çıxmağa başladığını xatırladıb.

Qazaxıtanın Almatı şəhərində maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı yanvarın 2-dǝ başlayan etiraz aksiyaları toqquşmalarla nəticələnib. Ölkədə yaşanan hadisələr nəticəsində çox sayda adam həyatını itirib, yüzlərlə təhlükəsizlik işçisi də yaralanıb.

Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev bu sǝbǝbǝn hökumətin istefasını qəbul etmişdi  vǝ ölkǝdǝ fövqǝladǝ vǝziyyǝt rejimi elan etmişdi.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının  qəbul etdiyi qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilmişdi. 

Qeyd edək ki, kontingentə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğız Respublikası silahlı qüvvələrinin bölmələri daxildir.

Prezident Kasım-Jomart Tokayev respublikanın bütün regionlarında konstitusiya quruluşunun bərpa olunduğunu vә Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının yanvarın 19-dәk ölkәdәn çıxacağını bildirmişdi.



Әlaqәli Xәbәrlәr