“TDT Ağsaqqal Şurasının yaxınlarda Qazaxıstanda toplanmasını təklif edirəm”, R.Kazakbayev

Qırğızıstan Xarici işlər naziri Ruslan Kazakbayev Türk Dövlətləri Təşkilatı xarici işlər nazirlərinin Qazaxıstandakı prosesləri qiymətləndirmək üçün tonlandıqları onlayn iclasdakı çıxışında deyib...

1761009
“TDT Ağsaqqal Şurasının yaxınlarda Qazaxıstanda toplanmasını təklif edirəm”, R.Kazakbayev

 

  Qırğızıstan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqal Şurası yığıncağının yaxınlarda Qazaxıstanda keçirilməsini təklif etdi.

  Qırğızıstan Xarici işlər naziri Ruslan Kazakbayev Türk Dövlətləri Təşkilatı xarici işlər nazirlərinin Qazaxıstandakı prosesləri qiymətləndirmək üçün tonlandıqları onlayn iclasdakı çıxışında deyib: “Qırğızıstan 2022-ci ilin ilk günlərindən qonşu Qazaxıstandakı son hadisələri yaxından və narahatlıqla izləyir. Qazaxıstana hər cür dəstəyi verməyə hazırıq.

  Qarşı tərəfin müraciəti əsasında Qırğızıstan Qazaxıstana strateji nöqtələrin qorunması üçün təcrübəli zabit və əsgərlərdən ibarət məhdud hərbi birlik göndərdi.

  Türk Dövlətləri Təşkilatı Ağsaqqal Şurası (məsləhətləşmə orqanı) yığıncağının yaxınlarda Qazaxıstanda keçirilməsini təklif edirəm”.



Әlaqәli Xәbәrlәr