Aİ Azərbaycan-Ermənistan qarşıdurmalarından narahatlığını bildirib

Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cosep Borrelin ofisindən verilən məlumata görə...

1735239
Aİ Azərbaycan-Ermənistan qarşıdurmalarından narahatlığını bildirib

 

  Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhəd bölgəsində son günlər meydana gələn qarşıdurmalardan dərin narahatlıq duyduğunu açıqlayıb.

  Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cosep Borrelin ofisindən verilən məlumata görə, iki ölkə sərhədində can itkilərinə də səbəb olan qarşıdurmalardan narahatlıq duyulduğu bildirilib.

  Aİ Şurasının sədri Çarlz Mişelin (Charles Michel) Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqlarının da qeyd edildiyi şərhdə Ç.Mişelin gərginliyin salınması və atəşkəsə riayət edilməsi çağırışı əks olunub.

  Aİ Ermənistan və Azərbaycana hörmət göstərmələri, meydandakı qüvvələrini bir-birindən uzaqlaşdırmaları, imzalanan üçlü müqaviləyə riayət edilməsi, sərhəd xətlərinin qorunması daxil olmaqla, problemləri əhatəli şəkildə həll etmək üçün müzakirələrin davam etdirməsini istəyib.

  Xatırladaq ki, Ermənistan ordusu yüksək təpələri, əlverişli mövqeri ələ keçirmək məqsədiylə noyabrın 15-ində Azərbaycanın Laçın və Kəlbəcər istiqamətlərində əməliyyata başlayıb. Azərbaycan ordusu da cavab əməliyyatı ilə Ermənistanın hücumlarının qarşısını alıb.

  Qarşıdurmalarda 7 Azərbaycan əsgəri şəhid olub.

  Rusiyanın dövrəyə girməsiylə qarşıdurmalar dayanıb və atəşkəs elan edilib.



Әlaqәli Xәbәrlәr