Azərbaycan əhalisinin sayı nə qədərdir?

Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib

1734470
Azərbaycan əhalisinin sayı nə qədərdir?

 

  Azərbaycan əhalisinin sayı 10 milyon 147 min 380 nəfər oldu.

  2021-ci ilin əvvəlindən ölkə əhalisinin sayı 28 min 247 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 147 min 380 nəfərə çatıb.

  Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər olub.



Әlaqәli Xәbәrlәr