Qazaxıstan Müdafiə Nazirliyi hərbi təlimlərin görüntülərini paylaşıb

Qazaxıstan Müdafiə Nazirliyi daha əvvəl qazax və türk əsgərlərinin iştirak etdiyi birgə təlimlərin görüntülərini paylaşıb.

1732856
Qazaxıstan Müdafiə Nazirliyi hərbi təlimlərin görüntülərini paylaşıb

 “Qazaxıstan-Türkiyə hərbi əməkdaşlığı” başlığı ilə paylaşılan görüntü nazirliyin bütün sosial media hesablarında yayımlanıb. Sözügedən paylaşımda iki ölkə əsgərinin birlikdə qatıldığı “Anadolu-21” və “Qış” kimi müxtəlif təlimlərdən görüntülər yer alıb. Qazax və türk əsgərlərinin təlim zamanı müxtəlif şərtlər altında həyata keçirdikləri birgə əməliyyata dair paylaşılan görüntülər qısa zamanda sosial media istifadəçilərinin rəğbətini qazanıb.



Әlaqәli Xәbәrlәr