Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1731050
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 noyabr 2021)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1310 yoluxma faktı qeydə alınıb, 1445 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər həyatını dəyişib. 

  İndiyədək ölkədə ümumilikdə 548 min 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 509 min 201 nəfər müalicə olunaraq sağalıb, 7293 nəfər vəfat edib. Aktiv xəstə sayı 32 min 97 nəfərdir.

  Bu günə qədər isə ümumilikdə 5 milyon 292 min 250 test icra edilib.

  Noyabrın 8-də Azərbaycanda 193 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 nəfər, “buster” doza vaksinlərin sayı isə 164 təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 917 min 741, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 997 min 514, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 435 min 101 nəfərdir.

  Ümumilikdə “buster” doza vaksinlərin sayı isə 485 min 126 olub.



Әlaqәli Xәbәrlәr