Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1730448
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 noyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1989 nəfər müalicə olunaraq sağalıb, 2631 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 547 min 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 507 min 756 nəfər müalicə olunaraq sağalıb, 7269 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 32 min 256 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 367, bu günə qədər isə ümumilikdə 5 milyon 284 min 216 test icra olunub.

  Qeyd edək ki, noyabrın 7-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 32 min 940 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 min 449 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 19 min 519 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 917 min 548, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 997 min 506, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 435 min 80 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 484 min 962 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr