Türkiyə Özbəkistana 200 min doza peyvənd göndərib

Türkiyə Yeni növ koronavirus (Covid-19) əleyhinə apardığı mübarizəsinə dəstək məqsədi ilə Özbəkistana 200 min doza Sinovac peyvəndi və 20 min Favipiravir dərman göndərib.

1718902
Türkiyə Özbəkistana 200 min doza peyvənd göndərib

Peyvənd və dava-dərmanı İstanbuldan Daşkəndə çatdıran Türk Hava Yollarının (THY) planlı təyyarəsi Özbəkistan Səhiyyə nazirinin müavini Amrulla İnayatov, Epidemioloji Rifah və Xalq Sağlamlığı Agentliyi rəhbərinin müavini Batir Kurbanov, Türkiyənin Daşkənddəki səfiri Olqan Bekar və digər rəsmi şəxslər tərəfindən qarşılanıb. Aparılan peyvənd və dava-dərman Özbəkistan Səhiyyə Nazirliyinin səlahiyyətlilərinə təhvil verilib.

Batır Qurbanov yardımların təhvili münasibəti ilə təşkil edilən mənasimdə etdiyi çıxışında Türkiyənin ölkəsinə hədiyə etdiyi 200 min doza Covid-19 əleyhinə peyvənd və 20 min dərmanın epidemiyaya qarşı apardıqları mübarizəyə töhfə verəcəyini vurğulayıb və Türkiyə hökumətinə, o cümlədən xalqına minnətdarlığını bildirib.

Türkiyənin Özbəkistandakı Səfiri Bekar da yardımın iki xalq arasında qarşılıqlı həmrəyliyin əlaməti olduğuna diqqət çəkib.



Әlaqәli Xәbәrlәr