Mehriban xanımın fəaliyyətində şəhid ailələrinə, qazilərə diqqət və qayğı

Azərbaycan Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevinin Şəhid ailələri və qazilərə diqqət və qayğısı

1698460
Mehriban xanımın fəaliyyətində şəhid ailələrinə, qazilərə diqqət və qayğı

 

  Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 avqust 2021-ci il tarixində Azərbaycanın birinci xanımı, vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri “Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində şəhid ailələrinə və qazilərə diqqət və qayğı" mövzusunda tədbir keçirildi.

  Tədbirdə şəhid ailələri, qazilər, millət vəkilləri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla, birliyin idarə heyəti və tanınmış ictimaiyyət nümayəndələri iştirak və çıxış etdilər.

  Çıxış edənlər Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə diqqət və qayğısından söz açdılar. Bildirildi ki, Mehriban xanım ölkə prezidenti cənab İlham Əliyevin həyat yoldaşı olmaqla yanaşı, ailəsinə sədaqəti, işgüzarlığı, layiqli məsləkdaşı olmasının nəticəsidir ki, dövlətimiz daha da güclənir, regionda öz nüfuzunu qazanaraq söz sahibinə çevirilir.

  Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında qeyd etdi ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində şəhid ailələrinə, qazilərə diqqət və qayğı əsas yer tutur. Mehriban xanımın hümanitar yöndə zəngin, fədakar, səriştəli fəaliyyəti dünya qadınlarına örnəkdir. Onun ictimai-siyasi istiqamətdə gördüyü bütün işlər Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi istiqamətində ən böyük töhfədir.

  Mehriban xanım Əliyevanın diplomatik sahədəki peşəkar fəaliyyəti prezident cənab İlham Əliyevin uğurla rallaşdırdığı beynəlxalq siyasətində Azərbaycanın daha da irəli getməsinə ən böyük təkandır.

  Birlik rəsmisi onu da bildirdi ki, Mehriban xanım Əliyevanın ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlər Azərbaycan qadınları üçün də örnəkdir.

  Mehriban xanımı xalqa sevdirən əsas cizgilər onun xeyirxahlıq, mərhəmət, şəfqət kimi ülvi hisslərə və insani dəyərlərə malik olmasıdır.

  Mehriban Əliyevanın milli vətənpərvərlik əzmində həyata keçirdiyi layihə və təşəbbüslər vətəndaş cəmiyyəti tərəfindən də yüksək dəyərləndirilir.

  Bu gün keçirilən tədbir dəyərli Mehriban xanımın fonunda ictimai həmrəyliyin, mənəvi dəstəyin, milli birliyin nümunəsidir.



Әlaqәli Xәbәrlәr