Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1698668
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1724 nəfər müalicə olunaraq sağalıb, 4203 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 409 min 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 354 min 864 nəfər müalicə olunaraq sağalıb, 5469 nəfər vəfat edib. Aktiv xəstə sayı 46.412 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 136, bu günə qədər isə ümumilikdə 4 milyon 395 min 646 test icra olunub.       

   Qeyd edək ki, avqustun 27-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 74 min 220 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 691, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 529 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 493 min 757, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 929 min 404, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 564 min 353 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr