Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1694068
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1114 nəfər müalicə olunaraq sağalıb, 3614 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 380 min 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 342 min 256 nəfər müalicə olunaraq sağalıb, 5231 nəfər vəfat edib. Aktiv xəstə sayı 33.431 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 786, bu günə qədər isə ümumilikdə 4 milyon 268 min 668 test icra olunub.    

  Qeyd edək ki, avqustun 19-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 58 min 282 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 min 690, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 min 592 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 991 min 16, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 574 min 157, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 2 milyon 416 min 859 nəfərdir.



Әlaqәli Xәbәrlәr