Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1692828
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 847 nəfər müalicə olunaraq sağalıb, 3322 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 373 min 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 340 min 174 nəfər müalicə olunaraq sağalıb, 5188 nəfər vəfat edib. Aktiv xəstə sayı 27.813 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 7, bu günə qədər isə ümumilikdə 4 milyon 235 min 141 test icra olunub.   

  Qeyd edək ki, avqustun 17-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 71 min 732 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 min 662, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 70 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 866 min 215, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 473 min 806, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 392 min 409 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr