Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1687565
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 358 nəfər müalicə olunaraq sağalıb, 1220 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 351 min 825 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 335 min 25 nəfər müalicə olunaraq sağalıb, 5063 nəfər vəfat edib. Aktiv xəstə sayı 11.737 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 578 bu günə qədər isə ümumilikdə 4 milyon 116 min 768 test icra olunub.

  Qeyd edək ki, avqustun 8-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 47 min 475 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 30 min 972 ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 16 min 503 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 418 min 243-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 160 min 484 ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 257 min 759 nəfərdir.



Әlaqәli Xәbәrlәr