Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (31 iyul)

Azərbaycanda koronavirusla bağlı son vəziyyət.

1683287
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (31 iyul)

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 633 yoluxma faktı qeydə alınıb, 174 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 343 min 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 926 nəfər müalicə olunaraq sağalıb, 5 min 23 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 min 900 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 386, bu günə qədər isə ümumilikdə 4 milyon 34 min 340 test icra olunub



Әlaqәli Xәbәrlәr