İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan təkbətək görüşdü

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub

1658553
İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan təkbətək görüşdü

 

  İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

  Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

  Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

  Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar.

  Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verdi.

  Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamladı.

  Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

  Türkiyə və Azərbaycan respublikasının dövlət himnləri səsləndi.

  Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

  Dövlət başçıları rəsmi foto çəkdirdilər.

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.



Әlaqәli Xәbәrlәr