Azərbaycan Türkiyədən gedən bütün sərnişinlərə qapılarını açır

Azərbaycan Nazirlər Kabineti bəzi ölkələrin vətəndaşlarının respublikaya gəlmələri üçün xüsusi icazə zərurətini mərhələli şəkildə qaldırma qərarı verdi

1652570
Azərbaycan Türkiyədən gedən bütün sərnişinlərə qapılarını açır

 

  Azərbaycan Türkiyədən hava yoluyla gedən bütün sərnişinlərə yeni tip koronavirus (Covid-19) peyvənd sənədi və ya mənfi PCR testi şərtilə qapılarını açır.

  Azərbaycan Nazirlər Kabineti bəzi ölkələrin vətəndaşlarının respublikaya gəlmələri üçün xüsusi icazə zərurətini mərhələli şəkildə qaldırma qərarı verdi.

  “Covid-19” epidemiyası səbəbindən keçən il martda sərhədlərini bağlayan Azərbaycan yalnız Türkiyə və Rusiyadan gedənlərə qapılarını açır. Bu çərçivədə 18 yaşından böyüklərin iki doza peyvənd etdirdiyini sənədləşdirənlər və ya uçuşdan əvvəli 72 saat içərisində etibarlı PCR testi etdirənlər ölkəyə qəbul olunacaq. Bunda başqa, 1-18 yaş aralığında 72 saat əvvəldən mənfi test nəticəsi olan bütün sərnişinlər Azərbaycana gələ biləcək.



Әlaqәli Xәbәrlәr