Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 iyun)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1651964
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 iyun)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 123 nəfər yoluxub, 406 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 334 min 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 326 min 269 nəfər müalicə olunaraq sağalıb, 4933 nəfər vəfat edib. Aktiv xəstə sayı 3337 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 551 min 620 test aparılıb. Bugünkü test sayı isə 9585-dir.       

  Qeyd edək ki, iyunun 4-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 47 min 637 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 42266, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5371 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 465 min 719-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 540 min 259, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 925 min 460 nəfərdir.



Әlaqәli Xәbәrlәr