Moldova azərbaycanlıları uşaqları sevindirdi

Moldova Azərbaycanlıları Konqresi 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib

1649600
Moldova azərbaycanlıları uşaqları sevindirdi
Moldaviya_uşaqlar_04.jpg
Moldaviya_uşaqlar.jpg

 

  Moldova Azərbaycanlıları Konqresi 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib. Bədii-əyləncəli tədbirdə yüzlərlə uşaq iştirak edib. Onların əksəriyyəti Moldovanın bölgələrində, o cümlədən Qaqauziya Muxtar Vilayət Ərazisində yerləşən uşaq evlərinin təmsilçiləri olub. Uşaqlar attraksiondan istifadə, elan olunan şeir və rəsm müsabiqəsində iştirak ediblər.

  Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov çıxış edərək bildirib ki, bu gün Azərbaycan uşaqları daha xoşbəxt və şanslıdır. Çünki prezident, müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu işğal altındakı ərazilərimizi azad edib.

  “Bu gün onlar, həmçinin ona görə xoşbəxtdirlər ki, Azərbaycan dövlətinin qayğısını daim hiss edirlər. Uşaqlara qayğı Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Onlar dövlətin və cəmiyyətin tam qayğısı ilə əhatə olunublar. Dövlətimiz həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradıb”, - deyə Elçin Bayramov əlavə edib.

  Tədbirin sonunda Moldova Azərbaycanlıları Konqresi uşaqlara hədiyyələr verib. 

  Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.



Әlaqәli Xәbәrlәr