Azərbaycan ərazilərində minalama işləri aparmağa cəhd göstərən 6 Erməni hərbçi saxlanıb

Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələri minsubu qruplar sərhədi keçib və minalama işləri aparmağa cəhd göstərib.

1646746
Azərbaycan ərazilərində minalama işləri aparmağa cəhd göstərən 6 Erməni hərbçi saxlanıb

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu barədə məlumat yayılıb. Bildiriblər ki, Ermənistanın iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədini iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazidəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb.

 



Әlaqәli Xәbәrlәr