Azərbaycanda hərbi təlimlər davam edir

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətindən bildiriblər

1641991
Azərbaycanda hərbi təlimlər davam edir

 

  Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb olunması ilə keçirilən təlimlər davam edir.

  Müdafiə Nazirliyi Mətbuat Xidmətindən bildiriblər ki, təlimlərin planına uyğun olaraq qərargahlarda vəziyyətin qiymətləndirilməsi aparılır və müvafiq tapşırıqlar verilir. Qərarlara müvafiq olaraq raket və artilleriya bölmələri tapşırıqları yerinə yetirirlər.

  Növbəti mərhələdə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

  Təlimlərdə antiterror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

  Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların antiterror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.



Әlaqәli Xәbәrlәr