Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 may)

Azərbaycanda koronavirusla bağlı son vəziyyət.

1634592
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 may)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2074 nəfər müalicə olunaraq sağalıb, 1080 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 323 min 841 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 298 min 949 nəfər müalicə olunaraq sağalıb, 4617 nəfər vəfat edib. Aktiv xəstə sayı 20275 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 289 min 864 test aparılıb. Bugünkü test sayı isə 10701-dir.

Azərbaycanda son sutkada koronavirus (Covid-19) əleyhinə 29778 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7957, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21821 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1566106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578144 təşkil edir.

 



Әlaqәli Xәbәrlәr