Türkiyə Qıbrıza daha 40 min doza "Sinovac" peyvəndi göndərdi

Türkiyə yeni bir növ koronavirus (Covid-19) il mübarizəsi daxilində Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə (KKTC) daha 40 min doza "Sinovac" peyvəndi göndərdi.

1624578

Bu peyvəndlərlə Türkiyənin KKTC-yə göndərdiyi peyvənd miqdarı 140 minə çatdı.

KKTC-nin Baş naziri Ersan Saner "Twitter" hesabından etdiyi paylaşımda ""Covid-19" epidemiyasında mübarizəmiz xalqımız və Türkiyənin dəstəyi ilə təsirli şəkildə davam edir. Bu gecə ana vətənimiz Türkiyədən daha 40 min "Sinovac" peyvəndi ölkəmizə gələcək. Türkiyəyə səmimi qəlbdən təşəkkür edirik. Xahiş edirəm qaydalara və məhdudiyyətlərə əməl edək" ifadələrdən istifadə edib.

Әlaqәli Xәbәrlәr