Azərbaycanın ilk Prodüser Mərkəzi istedadlı gəncləri dəvət edir

Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasında əsas məqsəd 16-22 yaş arasında caz, estrada, klassik vokal, instrumental ifaçılıq və rəssamlıq üzrə istedadlı gəncləri seçərək 3 il müddətində öz öhdəliyinə götürməkdir

1606752
Azərbaycanın ilk Prodüser Mərkəzi istedadlı gəncləri dəvət edir

 

  Azərbaycanda ilk dəfə Heydər Əliyev Sarayının nəzdində Prodüser Mərkəzi yaradılıb. Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasında əsas məqsəd 16-22 yaş arasında caz, estrada, klassik vokal, instrumental ifaçılıq və rəssamlıq üzrə istedadlı gəncləri seçərək 3 il müddətində öz öhdəliyinə götürməkdir.

  Heydər Əliyev Sarayı Mətbuat Xidmətindən bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərəcək Prodüser Mərkəzi həmin gənclərin repertuarlarının hazırlanmasını, səs yazılışlarını, vokal dərslərini, səhnə hərəkətlərini, fitnes xidmətini, imic və stilistikasının formalaşmasını, klip çəkilişlərini, yerli və beynəlxalq tədbirlərdə, festivallarda və səs yarışlarında iştirakını təmin etməkdir.

  Müsabiqədə iştirak etmək istəyənlər 00-994-50-493-55-11 (WhatsApp, Telegram) nömrəsinə özü haqqında ətraflı məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir dəqiqədən artıq olmamaq şərti ilə videomaterialı aprelin 20-dək təqdim etməlidir.



Әlaqәli Xәbәrlәr