Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 mart)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1603893
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 mart)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 933 nəfər yoluxub, 256 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 243 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 231 min 894 nəfər müalicə olunaraq sağalıb, 3314 nəfər vəfat edib. Aktiv xəstə sayı 8216 nəfərdir.

  Ötən müddət ərzində 2 milyon 746 min 681 test aparılıb. Bugünkü test sayı isə 10.188-dir.  



Әlaqәli Xәbәrlәr