"Türk Şurası "Covid-19" dövründə belə aktiv çalışdı", S.Caparov

Qırğızıstan prezidenti Sadır Caparov Türk Şurasının baş katibi Bağdad Amreyevi paytaxt Bişkekdə qəbul edib

1601704
"Türk Şurası "Covid-19" dövründə belə aktiv çalışdı", S.Caparov

 

  Qırğızıstan prezidenti Sadır Caparov Türk Şurasının baş katibi Bağdad Amreyevi paytaxt Bişkekdə qəbul edib.

  Türk Şurası yaranandan yaxşı nəticələr əldə etdiyini və beynəlxalq cəmiyyətdən dəstək aldığını qeyd edən S.Caparov söhbət zamanı deyib: “Qırğızıstan türkdili ölkələrlə qardaşlıq və dostluğu möhkəmləndirmək üçün bu işə dəstəyini davam etdirəcək.

  Türk Şurası yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizə dövründə belə aktiv çalışdı.

  Türk Şurası Sərmayə Fondunun qurulması və mərkəzi ofisinin Bişkekdə açılması fikri də çox əhəmiyyətlidir.

  Yaxınlarda planlaşdırılan Türk Şurasına üzv ölkələrin dövlət başçıları qeyri-rəsmi toplantısına mən də qatılacağam”.

  Türk Şurasının baş katibi Amreyev də öz növbəsində şuranın gündəmindəki bütün mövzularda ortaq iş icrası ilə bağlı prezident Carapova ətraflı məlumat verib və onun Türk Şurası üzvləri Qazaxıstan və Özbəkistana rəsmi səfərinin ümumtürk dünyasının inkişafı və birləşməsinə töhfəsi olacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr