Qırğızıstan Konstitusiyası dəyişdirilir

Qırğızıstan Konstitusiyasının dəyişdirilməsi üçün referendum aprelin 11-də keçiriləcək

1599455
Qırğızıstan Konstitusiyası dəyişdirilir

Qırğızıstanın əsas qanununun - Konstitusiyanın dəyişdirilməsi üçün referendum aprelin 11-də keçiriləcək.

Qırğızıstan parlamenti - Joqorku Keneş martın 11-də bununla bağlı qanun layihəsini təsdiq edib.

Referenduma Qırğızıstanın Prezident idarəçiliyinə keçirilməsi və deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılacaq.

Xatırladaq ki, indiyədək Qırğızıstanda parlament-prezident idarəçilik forması mövcud idi.



Әlaqәli Xәbәrlәr