Şuşa Musiqi Məktəbi üçün Türkiyədən böyük dəstək kampaniyası başlandı

Azərbaycanın ürəyi Qarabağın mərkəzi Şuşa şəhərində tikiləcək Üzeyir Hacıbəyli adına Musiqi Məktəbi üçün Türkiyə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Fondu tərəfindən yardım kampaniyası başlandı

1595565
Şuşa Musiqi Məktəbi üçün Türkiyədən böyük dəstək kampaniyası başlandı

Azərbaycanın ürəyi Qarabağın mərkəzi Şuşa şəhərində tikiləcək Üzeyir Hacıbəyli adına Musiqi Məktəbi üçün Türkiyə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Fondu tərəfindən yardım kampaniyası başlandı. Türkiyədə bu xoşməramlı kampaniyaya ilk dəstək Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqından (UAESEB – Uluslararası Avrasya Eğitim Sendikalar Birliği) gəldi; martın ilk həftəsi fonda ittifaqın baş direktoru Talip Geylanın təşəbbüsü ilə 50 min Türkiyə lirası bağışlandı.

  Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Kosova, Rumuniya, Makedoniya, Şimali Kipr Türk Respublikası və İraq da daxil olmaqla 9 ölkədə fəaliyyət göstərən təhsil həmkarları və müəllim təşkilatlarının üzv olduğu UAESEB-in türk dünyasında mədəni və təhsil işbirliyinin gücləndirilməsi məqsədilə qurulduğunu vurğulayan Tayip Geylan deyib: Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqı türk dünyası idealının təcəssümüdür. İttifaq olaraq ölkələrimiz arasında mövcud mənəvi  əlaqələri gücləndirməyə, hər sahədə, xüsusən təhsil, elm və mədəniyyət arenalarında əməkdaşlığı artırmağa çalışırıq. Bu mənada imkanlarımız daxilində sərgilənən hər cür fəaliyyətə dəstək oluruq. Ümumtürk mədəniyyəti üçün böyük əhəmiyyət daşıyan Qarabağda – Şuşada Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəyli adına musiqi məktəbinin inşa ediləcəyindən çox məmnunuq.

  Türk dünyasının olduğu hər yerdə fəaliyyət göstərən təhsil işçiləri olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən təqdir edilən, Ülkü Ocaqları Təhsil və Mədəniyyət Fondunun təşkilatçılığı ilə həyata keçiriləcək bu prosesdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Əminəm ki, bu təşəbbüsün yaradacağı yeni ab-hava bütün türk coğrafiyasının hər yanına yayılacaq”.



Әlaqәli Xәbәrlәr