Ankarada Xocalı soyqırımının 29-cu ili münasibətilə tədbir keçirildi

Ankarada Xocalı soyqırımın Azərbaycanın Türkiyədəki Səfirliyi və Kızılcahamam Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən xatirə tədbirində hər iki ölkənin rəsmi şəxsləri, yerli tanınmış simalar və yerli sakinlər iştirak ediblər

1589078
Ankarada Xocalı soyqırımının 29-cu ili münasibətilə tədbir keçirildi

 

  Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirildi

  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində qardaş Türkiyədə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri Türkiyənin Ankara şəhərinin Qızılcahamam rayonunda baş tutub.

  Azərbaycanın Türkiyədəki Səfirliyi və Kızılcahamam Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən xatirə tədbirində hər iki ölkənin rəsmi şəxsləri, Ankara ictimaiyyətinin tanınmış simaları və yerli sakinlər iştirak ediblər.  

  Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

  Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin üzvü Emrullah İşler, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Qızılcahamam Bələdiyyəsinin sədri Süleyman Acar, Qızılcahamam icra hakimiyyətinin başçısı Can Aksoy da tədbirdə iştirak və çıxış ediblər.

  Çıxışlarda təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və məqsədli şəkildə törədilmiş Xocalı soyqırımından bəhs olunub. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımının əsl mahiyyəti heç zaman unudulmayacaq.

  Qızılcahamamda yaradılan Xocalı Abidə-Muzey Kompleksinin məqsədi Xocalı həqiqətlərini unutmamaq və geniş ictimaiyyətə çatdırmaqdır.

  Natiqlər Azərbaycan prezidenti, müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun torpaqlarımızı düşmən işğalından azad etməsi fəxr və iftixarla xatırlayıblar. Böyük və tarixi Zəfərin qazanılmasında başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək tarixi qardaşlıq münasibətinin ən parlaq səhifəsi kimi dəyərləndirilib.

  Ankarada keçirilən xatirə tədbirində Xocalı soyqırımını törədənlər lənətlənib, bu bəşəri cinayətin müəlliflərinin cəzalandırılması tələb olunub.

  Çıxışlardan sonra iştirakçılar Xocalı şəhidləri abidəsinin önünə tər çiçəklər düzüb, Qızılcahamamdakı Xocalı Abidə-Muzey Kompleksini ziyarət ediblər.



Әlaqәli Xәbәrlәr