Tayyib Ərdoğan və Ersin Tatar arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kıbrıs  (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Ersin Tatar ilə bir telefonla danışıb.

1586559
Tayyib Ərdoğan və Ersin Tatar arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kıbrıs  (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Ersin Tatar ilə telefonla danışıb. 

ŞKTC Prezidentliyi tərəfindən edilən yayılan bəyanata görə, Prezident Ərdoğan Tatarın şəxsində Kıbrıs Türk xalqını Rəqaib gecəsi münasibətilə təbrik edib.

İki lider arasındakı görüşdə Kıbrısla bağlı son vəziyyətlə yanaşı, yeni növ koronavirus (Covid-19) epidemiyası və peyvənd mövzuları da müzakirə edilib.

Prezident Ərdoğan Kıbrıs Türk xalqının "Covid-19" epidemiyasına qarşı mübarizədə tək olmadığını və dəstəklərinin əvvəlki kimi davam edəcəyini vurğulayıb.

Tatar da Prezident Ərdoğanı və Türk millətini Rəqaib gecəsi münasibətilə təbrik edib.

Hər zaman olduğu kimi bundan sonra da  Türkiyə Cümhuriyyətilə sıx və səmərəli əlaqələrini davam etdirəcəklərini söyləyən Tatar Prezident Ərdoğana Kıbrıs Türk xalqı adından təşəkkürlərini çatdırıb.



Әlaqәli Xәbәrlәr